13 il əvvəl dağlarda itirilən fotoaparat sahibinə QAYTARILDI – VİDEObackend

13 il əvvəl dağlarda itirilən fotoaparat sahibinə QAYTARILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Turist dağlıq ərazidə 13 il əvvəl itirilmiş fotoaparatı taparaq minlərlə şəkli sahibinə qaytarıb.

İnterpress.az xəbər verir ki, hadisə Rusiyanın Kuzbass bölgəsində baş verib. Anton Mironov adlı turist Ozernıy aşırımına qalxarkən otların arasında köhnə fotoaparat aşkar edib.

İllərlə açıq havada qalan fotoaparat yararsız vəziyyətə düşsə də, onun yaddaş kartı salamat qalıb. Anton kartdakı faylları yoxlayarkən 2013-cü ilə aid minlərlə şəkil aşkarlayıb.

Fotolarda Lujbadan tapıntının aşkar edildiyi əraziyə qədər yürüş edən bir qrup yeniyetmə turist əks olunub.

Araşdırma nəticəsində fotoaparatın sahibinin hazırda karate üzrə məşqçi işləyən şəxs olduğu müəyyən edilib.

O, həmin yürüşdə uşaq yaşlarında dostları ilə birlikdə iştirak etdiyini və fotoaparatın o zaman çantasından düşərək itdiyini bildirib.

Beləliklə, 13 il əvvəl itirilmiş hesab olunan minlərlə xatirə gözlənilmədən sahibinə geri qaytarılıb.

Xuraman Etibarlı

İnterpress.az