İnterpress.az Rusiya mətbuatıan istinadən xəbər verir ki, yerli sakinlər prezident Əbd Rəbbo Mənsur Hadinin iqamətgahı ətrafında atəş səslərinin eşidildiyini bildiriblər.
Naməlum şəxslər şənbə günü Prezident Administrasiyasının rəhbəri Əhməd Avad Mübarəki girov götürüblər. İlkin məlumata görə, bu hadisənin arxasında Mübarəkin baş nazir olmasının əleyhinə çıxış edən şiələr dayanır. Buna cavab olaraq ölkənin cənub əyalətlərinin liderləri Mübarəkin azad edilməsi üçün şiələrə 24 saat vaxt veriblər. Eyni zamanda Hadramaut, Şabva və Maribdəki tərəfdarlarını neft-qaz şirkətlərinin fəaliyyətini dayandırmağa hazır olmağa çağırıblar.
İnterpress.az