İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin baş müşaviri Anton Qeraşenko “Söz azadlığı” teleproqramında bildirib. “Bizim məlumatlara görə həftə ərzində azı 300 silahlı öldürülüb. Qorlovka, Komsomolsk, Volnovax şəhərinin və Donetsk hava limanı güclü artilleriya atəşinə tutulub. Bu silahlıların hücuma keçmək cəhdinə qarşı bizim cavabımızdır”,- deyə baş müşavir vurğulayıb.
Qeraşenkonun sözlərinə görə, Ukrayna əsgərləri böyük sayda Rusiya hərbi nöqtələrini məhv edib.
İnterpress.az