Nazpəri Dostəliyeva: Metro, avtobus sənət adamları üçün deyil – VİDEObackend

Nazpəri Dostəliyeva: Metro, avtobus sənət adamları üçün deyil – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, verilişin aparıcısı Elgiz Əkbər qonağı, Xalq artisti Nurəddin Mehdixanlını ilk dəfə metroda gördüyünü dilə gətirib.

Xalq artisti Nazpəri Dostəliyeva isə ictimai nəqliyyatın sənət adamları üçün olmadığını deyib.

“Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl, bunlar.

Düz yol gedirəm, kimsə “Nazpəri keçdi” deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamı ilə şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir”, – deyə Dostəliyeva qeyd edib.

İnterPress.Az