Heyvanlarını küçəyə atanlar üçün cərimələr 10 dəfə ARTIRILACAQbackend

Heyvanlarını küçəyə atanlar üçün cərimələr 10 dəfə ARTIRILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ev heyvanlarını küçəyə atanlara qarşı cərimələr 10 dəfə artırıla bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Dövlət Dumasında ev heyvanlarını küçəyə atan şəxslərə tətbiq edilən cərimələrin artırılması ilə bağlı təşəbbüs hazırlanıb.

Təklifə əsasən, belə hallara görə cərimənin məbləği 30 min rubla (təxminən 625 manat) qədər yüksəldilə bilər.

Hazırda bu qayda pozuntusuna görə 1,5–3 min rubl (təxminən 31-63 manat) məbləğində cərimə nəzərdə tutulur.

Təşəbbüs müəllifləri hesab edirlər ki, mövcud cərimələr məsuliyyətsiz heyvan sahiblərini bu davranışdan çəkindirmək üçün kifayət etmir.

Xuraman Etibarlı

İnterpress.az