ABŞ Dövlət Departamenti Marko Rubionun vəzifəsindən gedəcəyi barədə xəbərləri təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
ABŞ Dövlət Departamenti Marko Rubionun dövlət katibi vəzifəsindən ayrılacağı ilə bağlı yayılan məlumatları təkzib edib. Qurum bu xəbərləri əsassız və yalan adlandırıb.
Dövlət Departamentinin açıqlamasında bildirilib ki, sözügedən məlumatlar uydurma anonim mənbələrə əsaslanır və həqiqəti əks etdirmir.
Xuraman Etibarlı
İnterpress.az






