12 işçi ammonyakdan zəhərlənibbackend

12 işçi ammonyakdan zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankaranın Beypazarı rayonunda toyuq emalı zavodunda işləyən 12 nəfər ammonyakdan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Toyuq emalı zavodunda işləyən bəzi işçilər xəstələndikdə hadisə yerinə həkim briqadaları göndərilib.

Tibbi qruplar tərəfindən Beypazarı Dövlət Xəstəxanasına aparılan 12 işçinin ilkin diaqnoza görə ammonyakdan zəhərləndiyi müəyyən edilib.

Həyatları təhlükədə olmayan işçilər nəzarət və izləmə məqsədilə Ankara Şəhər Xəstəxanasına göndərilib.

Digər tərəfdən, obyektdə aparılan yoxlama zamanı nasazlıq nəticəsində soyutma sistemində istifadə edilən ammonyak qazının sızdığı müəyyən edilib.