Kahı yığan süni intellektli tərəvəz robotubackend

Kahı yığan süni intellektli tərəvəz robotu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, illərdir buğda və kartof kimi asanca toplana bilən məhsullarda zatən maşınlar istifadə edilir. Ancaq kahı kimi daha həssas məhsullarda da robot texnologiyaları köməyə çatır.

Maşın öyrənmə texnikasını istifadə edərək kahı yığa bilən robot, Kembric Universitetinin mütəxəssisləri tərəfindən yaradıldı. Vegebot adı verilən robot, həssas yarpaqları və torpağa yaxın yetişdiyinə görə çətin yığılan kahıları toplaya bilir.

Kompyuter görüntü sisteminin köməyilə hədəfini təyin edən robot, maşın öyrənmə yoluyla kahının toplanmağa hazır olub olmadığını təyin edə bilir. Kahının toplanmağa hazır olduğunu analiz edən robot üzərində olan bıçaqları istifadə edərək kahını torpaqdan kəsib çıxarır.

İnterpress.az