Araz Ağalarovun dostu prezident olmağa iddialıdırbackend

Araz Ağalarovun dostu prezident olmağa iddialıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, amerikalı milyarder Ayova ştatında Respublikaçılar Partiyasının üzvləri ilə görüşündə bu barədə bildirib.

Onun sözlərinə görə, bu vəzifə artıq onun çiyinlərindədir və respublikaçılar arasında daha yaxşı namizəd görmür: “Mitt Romni artıq 2012-ci ildə Obamaya uduzub. Halbuki həmin il qalib gəlmək daha asan idi”.

Milyarder ABŞ-ın 43-cü prezidenti Corc Buşun kiçik qardaşı, Florida ştatının qubernatoryu Ceb Buş haqqında da fikirlərini bölüşüb: “Bizə ən son lazım olan adam daha bir Buşdur”.

Qeyd edək ki, milyarder Donald Trampın Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovla dostluq və işgüzar münasibəti var. İki iş adamı birlikdə ötən il “Dünya gözəli” müsabiqəsinin finalını Moskvada Ağalarovlara məxsus “Crokus Siti Hall”da keçiriblər.

İnterpress.az