Bu partiya İŞİD-ə qoşulmanı qanuniləşdirəcəkbackend

Bu partiya İŞİD-ə qoşulmanı qanuniləşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiya sədrinin çıxışı sərt tənqid olunub.

İnterpress.az xəbər verir ki, Bennet qatıldığı bir televiziya proqramda bildirib ki, insanların hansısa təşkilata qatılmaları cinayət deyil: “Partiya olaraq kimsənin hansısa görüşü və ya nəyə inandığına görə cəzalandırılmasını doğru saymırıq. Əlbəttə, zorakılığı təşviq etmək və zorakılığı dəstəkləmək qəbul edilən deyil və bunların hamısı qanunla təqib olunmalıdır. Bizim dediyimiz məsələ insanların nə düşündüyünə görə cəzalandırılmamasının zəruriliyidir. Hesab edirəm ki, burada tarazılığa ehtiyacımız var. Azadlığı yox edərək qoruya bilmərik”.

“Daily Mirror” qəzetinin yazdığına görə, hazırda İngiltərə parlamentində təmsil olunmayan Yaşıllar Partiyasın eks-jurnalist liderinin növbəti suala cavabı daha çox sərt reaksiyaya səbəb olub. Aparıcının “Əgər siz hakimiyyətə gəlsəniz, insanların İŞİD, “Əl-Qaidə” kimi təşkilatlara üzv olmasını qanuni hala salacaqsınızmı?” sualına Bennet “Bu partiyanın siyasətinin əsas hissəsidir” cavabına verib.

Qeyd edək ki, İngiltərədə İŞİD və “Əl-Qaidə” kimi 65 təşkilat terror qurumu kimi “qara siyahı”dadır.

İnterpress.az