Dünyanın ən uzunmüddətli təyyarə reysi bu il sınaqdan keçiriləcəkbackend

Dünyanın ən uzunmüddətli təyyarə reysi bu il sınaqdan keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, son illərdə hava yolu şirkətləri arasında ən uzun məsafəli uçuş yarışı başlayıb sanki. Hava yolu şirkətləri, ən uzun mənzilə dayanmadan uçuş reallaşdırmaq üçün sanki bir-birləriylə yarışırlar.

Sinqapur Hava yolları tərəfindən reallaşdırılan Sinqapur-Nyu-York uçuşu, 15.344 kilometrlik məsafəni, hava vəziyyəti və küləyə bağlı olaraq maksimum 18 saat 25 dəqiqəlik uçuş müddəti ilə dünyanın ən uzunmüddətli uçuş səfəri olaraq bilinir.

Qətər Hava yollarının Yeni Zelandiyanın Oklend şəhərindən Qətərin Doha şəhərinə reallaşdırdığı uçuş, 17 saat 40 dəqiqə ilə siyahının ikinci yerində iştirak edərkən; Qantasın Avstraliyanın Pert şəhərindən İngiltərənin paytaxtı Londona reallaşdırdığı səfər, 17 saat 20 dəqiqə ilə üçüncü sıradadır.

Avstraliyanın hava yolu şirkəti Qantas, çox yaxında siyahının zirvəsinə otura bilər. Çünki şirkət, bu il ərzində Sidney-London və Sidney-Nyu-York arası birbaşa səfərlərin sınaqlarına başlayacaq. Hesablamalara görə, səfərlər 19 saat kimi olduqca uzun bir müddətdə tamamlanacaq.

İnterpress.az