Sükut orucu nədir və İslamda varmı?backend

Sükut orucu nədir və İslamda varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurani-Kərimdən məlum olur ki, Xanım Məryəm Həzrət İsanı (ə) dünyaya gətirdikdən sonra camaatın tənəsindən xilas olmaq üçün Allah-Taala ona sükut orucu tutduğunu söyləməyi məsləhət bilmişdi:

\”(Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: \”Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!\” (Məryəm, 26).

Ayədən görünür ki, əvvəla, sükut orucu keçmiş ümmətlərdə var imiş və haram deyilmiş. İkincisi, bu oruc zamanı yemək və içmək qadağan deyilmiş. İslamda sükut orucunun hökmünə gəlincə, oruc növü kimi bu, qəbuledilməzdir. Çünki İslamda orucun hökmləri bəllidir, bunların arasında danışmaqdan çəkinmək adlı hökm yoxdur. Dinimiz sükut orucunu qəbul etmir və bunu oruc saymır. (pia.az)

İnterpress.az