Ərindən boşanan Adel məşhur repçi ilə eşq yaşayırbackend

Ərindən boşanan Adel məşhur repçi ilə eşq yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dailymail” xəbər verir ki, hər iki məşhur Tottenhemdəndir, əvvəlki münasibətlərdən övladları var, bir-birini çoxdan tanıyıblar və yaxın dost olublar.

2016-cı ildə Skepta reportajlarından birində Adeli bu cür xatırlayıb:

“O, mənə tez-tez yazır, əlaqə saxlayırıq. Hər zaman işlərin necə getdiyini danışırıq”.

Mənbə isə cütlüyün getdikcə birlikdə daha çox vaxt keçirdiyini və bu yaxınlarda Adelin repçinin doğum gününün təşkilində kömək göstərdiyini iddia edib.

Qeyd edək ki, 31 yaşlı pop-ulduz bu ilin aprelində ərindən ayrıldığını açıqlayıb. Cütlük dostluq münasibətlərini davam etdirəcəklərini və yeddi yaşlı oğlu Ancelonu birlikdə onu böyütmək niyyətində olduqlarını dilə gətirib.

Öz növbəsində isə Skepta ötən ilin sonunda qızının doğulduğunu açıqlayıb. 37 yaşlı repçi heç vaxt övladının anasının adını çəkmir və şəxsi həyatını gizli saxlamağı hər şeydən üstün tutur.