Obama Rusiyaya səfərdən imtina etdibackend

Obama Rusiyaya səfərdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə prezidentin müşaviri Ben Rods məlumat verib.

Müşavir bildirib ki, ölkəsi Rusiyanın nasist Almaniyasının məğlub edilməsindəki rolunu yüksək dəyərləndirir. Bu, İkinci Dünya Müharibəsiylə bağlı keçirilən anım mərasimlərinin tarixində özünü göstərir:
“Ukrayna ətrafında gedən hadisələr ümumi tarixə kölgə salmır”.

Ötən il dekabrın sonunda Moskva rəsmi olaraq Amerika prezidentini qələbəni qeyd etmək üçün dəvət edib. Prezident öncə getməkdən imtina etsə də, daha sonra Obama Administrasiyası bunu inkar edib.

2010-cu ildə də ABŞ prezidenti Moskvaya qələbənin 65 illiyi münasibətiylə keçirilən bayram tədbirlərinə dəvət edilsə də iştirak etməyib.

İnterpress.az