Nazirlik əməkdaşının qızı ağır qəzadan əvvəl “Bentley”nin nömrələrini GİZLƏDİB – VİDEObackend

Nazirlik əməkdaşının qızı ağır qəzadan əvvəl “Bentley”nin nömrələrini GİZLƏDİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlik əməkdaşının qızı eyni “Bentley”nin nömrələrini gizlədərkən görüntülənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Energetika Nazirliyinin əməkdaşının qızı olduğu bildirilən Mariya B.-nin daha əvvəl “Bentley Bentayga” avtomobilinin dövlət nömrə nişanlarını kameraların oxunmaması üçün yapışqanla bağladığı görüntülər yayılıb.

Nömrələrin Novospasski döngəsində ölümlə nəticələnən qəza törədən avtomobilə aid olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, qız motosikletçiyə yol verməyib. Toqquşmadan sonra avtomobildən çıxaraq döngəyə qaçıb.

Hadisə yerinə gələn yol polisi əməkdaşları onu taparaq geri gətiriblər.

Şahidlər daha sonra Mariya B.-ni valideynləri ilə birlikdə görüblər. Qız yol polisi avtomobilinə yerləşdirilib, “Bentley” isə evakuatorla hadisə yerindən aparılıb.

Xuraman Etibarlı

İnterpress.az