Ermənistanda benzin idxalında Rusiyanın payı 7,4 faizə düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə açıq məlumatlara istinadən xəbər yayılıb.
2026-cı ilin ilk rübündə Ermənistana 69,2 milyon litr benzin idxal olunub. Bunun 5,1 milyon litri, yəni 7,4 faizi Rusiyanın payına düşüb.
Əsas tədarükçülər Bolqarıstan, 34 faiz, Rumıniya, 28,8 faiz, Belçika, 10,7 faiz, Kipr, 9,1 faiz və Yunanıstan, 1,9 faiz olub.
Beləliklə, Avropa İttifaqı ölkələrinin ümumi payı 84,5 faizə çatıb.
Xuraman Etibarlı
İnterpress.az






