Kostroma vilayətində iki məktəbli qız 9-cu mərtəbədən yıxılıb
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Bildirilir ki, 13 yaşlı Yelizaveta və 14 yaşlı Arina dost olublar. Hadisədən əvvəl Arina rəfiqəsini evinə musiqi dinləmək üçün çağırıb.
Daha sonra Arinanın binanın 9-cu mərtəbəsindən özünü atmaq istədiyi, Yelizavetanın isə onu saxlamağa çalışdığı qeyd olunur.
Nəticədə hər iki qız birlikdə hündürlükdən yıxılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






