Ömürlük məhbus yenidən istintaq tələb edirbackend

Ömürlük məhbus yenidən istintaq tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı İnterpress.az-a Rəşad Mirələmovun vəkili Kamandar Nəsibov verib.

Vəkilin sözlərinə görə, Rəşad Mirələmovun işinə Apellyasiyaya Məhkəməsində qismən istintaqla baxılması barədə iddia təmin edilməyib: “Bu iddianın təmini ilə bağlı Ali Məhkəməyə müraciət edilib. İşə hakim İslam Cəfərovun sədrliyi ilə baxılacaq”.

Xatırladaq ki, Rəşad Mirələmovun ömürlük həbsə məhkum edilməsinə səbəb olan hadisə 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham edilib.

Elnarə
İnterpress.az