Bu barədə APA-ya məlumat verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib ki, cinayət işi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 218-ci (cinayətkar birlik yaratma) maddələri ilə başlanılıb.
Hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan A. Bagdasaryanla görüşən E. Behbudov onun saxlanma şəraitindən şikayətinin olmadığını deyib: “Arsen Bagdasaryan Azərbaycanın şəxsiyyət vəsiqəsini almaq və Azərbaycan vətəndaşı olmaq istəyir. O bildirdi ki, Ermənistanda vəziyyət çox pisdir. Əsgərlərə vaxtı keçmiş yeməklər verilir, işgəncələrə məruz qalırlar”.
Qeyd edək ki, ötən il dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.
Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.
İnterpress.az