İnterpress.az-a daxil olan məlumata görə, iclasda qadınların iştirakı nəzərdə tutulsa da partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə və şura üzvlərinə dəvət göndərilməyib. Bu isə bugünkü iclasda Qadınlar Birliyinin buraxılması və birliyin sədri Ellada Məmmədlinin partiya sıralarından xaric edilməsi məsələsinin müzakirə ediləcəyi ehtimalı ilə əlaqələndirilir.
Məlumata görə, iclasa toplşanların əksəriyyəti Qadınlar Birliyinin yox, sadəcə partiyanın üzvüdür.
Xatırladaq ki, Qubad İbadoğlunun yaratdığı hərəkatda təmsil olunan Ellada Məmmədli bir neçə gün əvvəl partiya Divanına dəvət edilib və ona xəbərdarlıq olunub.
Elnarə
İnterpress.az