XİN seperatçı “nazirlə” görüşdən xəbərdar olubbackend

XİN seperatçı “nazirlə” görüşdən xəbərdar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində separatçı rejimin qondarma “xarici işlər naziri” Karen Mirzəyanla görüşünə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu görüş barədə Azərbaycan tərəfinin əvvəlcədən məlumatı olub: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşıdırlar. Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə də görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib”.

İnterpress.az