Rusiyada hərbi təftiş başlayırbackend

Rusiyada hərbi təftiş başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, belə illik təftişlərin keçirilməsini 2011-ci ildə Vyanada imzalanan ATƏT müqaviləsi nəzərdə tutur, Rusiya nazirliyində beynəlxalq razılaşmaların yerinə yetirilməsinə nəzarət edən şöbənin nümayəndəsi bildirib.

\”Təftiş keçirilən rayon ərazisində yerləşən hərbi hissələrin komandanlığı Ukrayna hərbi mütəxəssisləri üçün brifinqlər keçirəcəklər”, – Sergey Rıjkov deyib.
ATƏT üzvləri arasında “təhlükəsizlik və etimadın artırılmasına” yönələn tədbir 3 gündən sonra başa çatmalıdır.

ATƏT razılaşması o cümlədən hərbi qüvvə, əsas silah və texnika sistemləri barədə məlumat mübadiləsi və hərbi hissələrdə təftişləri nəzərdə tutur.
Təftiş ərazisi Ukrayna hərbçiləri tərəfindən seçilib. Rostov vilayəti rusiyapərəst üsyançıların nəzarətində olan Donetsk və Luhansk bölgələrilə həmsərhəddir.
Moskva Kiyevin separatçılara Rostov üzərindən kömək göndərməsi barədə ittihamlarını rədd edir.

Təftiş barədə xəbər Minsk şəhərində tənzimləmə prosesi üzrə üçtərəfli təmas qrupunun görüşü ərəfəsində səslənib.

Rusiya prezidentinin mətbuat katibi tənzimləmə prosesində ölkəsinin kömək edəcəyini vəd edib.

“Rusiya Ukraynada bu dəhşətli böhranı tənzimləmək üçün əlindən gələni edir. Rusiya bununla məşğul olmağı davam etdirəcək”, – Dmitri Peskov \”Russkaya Slujba Novostey\” agentliyinə bildirib.

Onun sözlərinə görə, Kiyevə silah təchizatı və Qərbin sanksiyaları bu prosesə əngəl törədərək Ukraynanın şərqindəki sabitliyə təhlükə yaradır.

Ötən il təftiş Rusiya ilə həmsərhəd Belqorod və Kursk vilayətlərində keçirilib. Onun nəticəsində hər-hansı pozuntu barədə xəbər verilməyib.

İnterpress.az