ABŞ-ın Yəməndəki səfirliyi fəaliyyətini dayandırırbackend

ABŞ-ın Yəməndəki səfirliyi fəaliyyətini dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Röyters”-ə ABŞ-ın Sanadakı rəsmi nümayəndəsi bildirib. Məlumata görə, səfirliyin əməkdaşları artıq qərar barədə məlumatlıdır, ABŞ səfiri fevralın 11-də Yəməni tərk edəcək.

Agentlik bildirir ki, ABŞ maraqlarının Yəməndə qorunması üçün müvafiq xahişlə Türkiyənin və ya Əlcəzairin Sanadakı səfirliklərinə müraciət edə bilər.

Səfirliyin bağlanacağı konkret tarix hələlik məlum deyil.

İnterpress.az