Rövşən Lənkəranskinin düşməni Türkiyədə güllələndibackend

Rövşən Lənkəranskinin düşməni Türkiyədə güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, aldığı güllə yarasından yerindəcə keçinib. Vadim İvanenko adlı bu “oğru” 2007-ci ildə ilk dəfə məhkum edilib. Elə həmin il də “taclandırılıb”.

2011-ci ildə narkotik maddə saxlamaq ittihamı ilə təkrar həbs olunub. Ancaq girov müqabilində azadlığa buraxılıb. 2013-cü ildə təkrar saxlanılan “oğru” polislərə müqavimət göstərdiyinə görə 10 sutka həbs yatıb.

O, kriminal aləmdə Ded Xasan klanının üzvü və Rövşən Lənkəranskiyə düşmən münasibəti ilıə də tanınıb.

Vadim Krasnodarskinin adı hətta Rövşən Lənkəranski ilə bağlı həbsxanaya göndərilən “proqon”ların yandırılmasında və məhbuslara çatdırlmamasında hallanıb.

Elnarə
İnterpress.az