İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hərbi təyyarə bu gün Volqoqrad üzərində qəzaya uğrayaraq yerə düşüb.
“Təyyarənin “Marinovka” aerodromu yaxınlığına düşdüyü güman olunur. Təyyarədə iki pilot olub. Onların taleyi naməlumdur”, – deyə agentliyə məlumat verən mənbə bildirib. O, təyyarənin uçuş-enmə zolağından 7 km aralıda düşdüyünü deyib. Hadisə yerinə axtarış-xilasetmə qrupu göndərilib. Rusiya Müdafiə Nazirliyi qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradıb.
İnterpress.az