Əhmədinejat: “Türklərin qarşında otura bilmərəm”backend

Əhmədinejat: “Türklərin qarşında otura bilmərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsahibə zamanı ayaqüstə dayanan eks-prezident bunu türk xalqına sayğısı ilə əlaqələndirib.

İnterpress.az xəbər verir ki, Əhmədinejat “Türklərə hörmətin böyükdür. Onlara səslənərkən otura bilmərəm. Türklər böyük və qürurlu millətdir. Türklər ədalət və azadlıq istəyən, bunlara görə mübarizə aparan millətdir. Türklər əsirlərlə islamın bayraqdarlığını edib. Türkiyə çox sürətlə inkişaf edən dövlətdir. İki ölkənin də əhalisi təqribən eyni saydadır. İran dünyanın ən böyük qaz və neft ehtiyatına sahibdir. Bu iki dövlət əl-ələ versələr ortaq avtomobil və təyyarələr istehsal edə bilərlər. Bununla bütün islam dünyasının inkişafına dəstək verə bilərik” deyə bildirib.

Əhmədinejat müsahibəsində İrana qarşı sanksiyalar və ABŞ-dan gələn hərbi təhlükələrə də toxunub.

İnterpress.az