İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Cessna” tipli təyyarə hər an uçmaq üçün Filadelfiya hava limanında hazır saxlanılır. Gülənin qaçacağı ölkə kimi Kanadanın adı çəkilir.
Bir müddət əvvəl Fətullah Gülənə 8 nəfərlik “Cessna” təyyarəsi alınıb və xüsusi olaraq dizayn edilib. “Wise” adı verilən xüsusi təyyarə Filadelfiya beynəlxalq hava limanındakı 42 nömrəli anbarda saxlanılır. İki türkiyəli və bir amerikalı pilot istənilən an uçmaq üçün hazır vəziyyətdə gözləyirlər.
Məlumata görə, Gülənə özəl təyyarə alınmasına hazırlıq 2 il əvvəl başlayıb. Bunun üçün Türkiyə və Almaniyada özəl firmalarda işləyən iki türk pilotla müqavilə bağlanıb. Həmin pilotların camaatın üzvü olduğu bildirilir.
Artıq təyyarənin bütün lazımi sənədləri hazırlanıb.
İnterpress.az