İnterpress.az xəbər verir ki, 72 kiloqram ağırlığı olan robot əvvəlkilərdən fərqlənib. Onun daha hərəkətli və sürətli olduğu görünür. Maili hündürlüyə, pilləkənə çıxan, ağır yük daşıyan və insanı təqib edən “Spot” u təpiklə yıxmaq mümkün deyil.
“Boston Dynamics” əvvələr Pentaqon üçün “BigDog” adlı robot düzəltmişdi. 109 kiloqramlıq robot çətin ərazilərə ağır yük daşıya bilirdi.
Digər robotlardan xeyli fərqlənən “BigDog” 181 kiloqrama qədər yük daşıyır. 35 dərəcəyə qədər maililiyə dırmaşır və 6,5 kilometr sürətlə gedə bilir.
İnterpress.az