İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə ordusunun baş qərargahı yayıb.
Məlumatda deyilir ki, fevralın 9-da Gaziantep vilayətinin Oğuzeli rayonunda İŞİD-ə qoşulmaq üçün Suriyaya keçmək istəyən 14 nəfər yaxalanıb. Onlardan biri Türkiyə vətəndaşı, qalan 13-ü isə əcnəbi olub.
Araşdırmalardan sonra türkiyəli buraxılıb, əcnəbilər isə deportasiya edilib.
İnterpress.az