“Evdə qal, evdə yarat!” təşəbbüsünə siz də qoşulun!backend

“Evdə qal, evdə yarat!” təşəbbüsünə siz də qoşulun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya əl sənətinin, musiqisinin, ədəbiyyatının, rəssamlığının ən gözəl nümunələri məhz evdə yaradılıb. Gəlin, biz də evdə olduğumuz müddətdə bu şansdan istifadə edək və yaradıcılığımızla virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirək!

Belə bir təşəbbüslə çıxış edən Mədəniyyət Nazirliyi hər kəsi evdə keçirdiyi vaxt ərzində yaradıcılığını işə salıb pozitivliyə töhfə verməyə çağırıb.

Bildirilir ki, bu, hər kəsə dəyərli hədiyyələr qazanmaq üçün şans yaradacaq. Şərtlər çox sadədir. Belə ki, Kreativ Azərbaycan “Facebook” səhifəsini izlədiyinizdən əmin olun, yaratdığınız işi #evdəqalevdəyarat həştəqi ilə öz səhifənizdə paylaşın və paylaşımda “Kreativ Azərbaycan” “Facebook” səhifəsini işarələyin.

Aprelin 30-dək ən çox bəyənilən (“like” alan) işlərin müəlliflərinə “Kreativ Azərbaycan” portalı və Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif hədiyyələr təqdim olunacaq.

Evdə qalıb evdə yaradaraq, virusa birlikdə qalib gələk!

İnterpress.az