“PS6” və yeni “Xbox” 2027-ci ildə TƏQDİM EDİLƏCƏKbackend

“PS6” və yeni “Xbox” 2027-ci ildə TƏQDİM EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PS6” və yeni “Xbox” 2027-ci ilin noyabrında çıxa bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Kepler_L2” insayderi məlumat yayıb.

“PlayStation 6” və “Microsoft”un “Helix” kod adlı yeni “Xbox” konsolunun artıq 2027-ci ilin noyabrında işıq üzü görəcəyi gözlənilir. Yeni nəsil konsolların texniki göstəricilərinə əsasən, “PS6” konsolu 40 teraflops gücündə qrafik çip alacaq ki, bu da “PS5” ilə müqayisədə təxminən 4 dəfə çoxdur və “RTX 5070 Ti” səviyyəsinə uyğundur. “Microsoft”un “Helix” modeli isə daha güclü olacaq: onun göstəricisi 56 teraflops təşkil edəcək.

“Sony” və “Microsoft” şirkətləri artıq çiplərin layihələndirilməsi mərhələsini başa vurublar və mikrosxemlərin kütləvi istehsalına başlayırlar.

Xuraman Etibarlı

İnterpress.az