Kalininqrad vilayətində müharibə dövrünə aid bunker TAPILDI – VİDEObackend

Kalininqrad vilayətində müharibə dövrünə aid bunker TAPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalininqrad vilayətində Böyük Vətən müharibəsi dövrünə aid bunkerdə mərmilər tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Kalininqrad vilayətinin Baltik dili ərazisində meşənin ortasında, təxminən bir metr qum qatının altında müharibə dövrünə aid yeraltı sığınacaq aşkarlanıb.

Məlumata görə, sığınacaq müharibədən sonra konservasiya edilib.

Hazırda torpaq örtüyünün bəzi hissələri çökdüyü üçün içəriyə baxmaq mümkün olub.

Bunkerdə yerüstü hədəflərə qarşı istifadə olunan mərmilər aşkarlanıb.

Xuraman Etibarlı

İnterpress.az