Mursiyada 500 kiloqramlıq öküz korida zamanı tamaşaçıların arasına atılıb
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Mursiyada keçirilən korida zamanı 500 kiloqram ağırlığında öküz sürətlə hərəkət edərək istiqamətini qəfil dəyişib və arenanı tribunadan ayıran divarın üzərindən atılıb.
Heyvan bir müddət tamaşaçıların arasında qaldıqdan sonra yenidən arenaya qayıdıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xuraman Etibarlı
İnterpress.az






