Dağıstanda evdə baş verən yanğında üç uşaq həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Faciə İnçxe kəndindəki fərdi yaşayış evində baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində üç uşağın meyiti aşkarlanıb.
Məlumata görə, 4 yaşlı oğlan, eləcə də 7 və 2 yaşlı iki qız uşağı dəm qazından zəhərlənərək həyatını itirib. Hazırda müstəntiqlər hadisə yerində araşdırma aparırlar.

Xuraman Etibarlı
İnterpress.az






