İlham Əliyev prezident fərmanını ləğv etdibackend

İlham Əliyev prezident fərmanını ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2014-cü il, 23 sentyabr tarixli, 739 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar qərara alıb ki, \”Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında\” Azərbaycan Respublikası prezidentinin 1993-cü il, 30 aprel tarixli, 541 nömrəli fərmanı ləğv edilsin.

Prezident İlham Əliyev bu gün həmçinin “Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

“Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” 2014-cü il, 23 sentyabr tarixli sərəncamın tətbiqi ilə əlaqədar FHN Akademiyasının nizamnaməsində aşağıdakı dəyişikliklər edilib:

9.5-ci bənd üzrə:

1.1. “və həqiqi hərbi xidmətdə hesab edilirlər” sözləri çıxarılıb;

1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Kursantlar həqiqi hərbi xidmətdə hesab edilirlər”.

2. 9.6-cı bənddən “(müdavimlər)” və “və ya xüsusi” sözləri çıxarılıb.

3. 9.16-cı bənddə “və ya” sözləri “müdavim olmuş məzunlara isə həmçinin” sözləri ilə əvəz edilib.

İnterpress.az