109 yaşlı kişi pinqivinləri geyindirdibackend

109 yaşlı kişi pinqivinləri geyindirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “The Telegraph” qəzetinə istinadən bildirir ki, trikotaj məhsullar Fillip adasındakı pinqivinlərə yardım fonduna verilir.

Deytin sözlərinə görə, Yeni Cənubi Uels ştatının mərkəzi sahilindəki qocalar evinə gəldikdən sonra vərdişlərini dəyişmək istəyib. Qocalar evində ona pinqivinlər fondu üçün sviter toxumağı təklif ediblər.

Toxumağı 80 il əvvəl öyrənən Deyt təklifə həvəslə razılıq verib və işə başlayıb. Nəticələr fond üzvlərini heyrətə salıb. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində olan pinqivinlərə yardım etmək istəyənlərin yardımıyla 32 min pinqivinə sviterlər toxunub.

Fonddan bildiriblər ki, pinqivinlər üçün sviterlər dəb xatirinə yox, zərurətdir. Bu, onları neft çirklənməsindən qoruyur. 2001-ci ildə neft sızması nəticəsində adadakı quşların 438-i ziyan çəkib. Amma sviterlərin yardımı ilə heyvanların 96%-ni xilas etmək mümkün olub.

İnterpress.az