İnterpress.az xəbər verir ki, Aslan Usoyan (Ded Xasan) qruplaşmasının tanınmış nümayəndəsi olan Vadik Krasnodarski sön zamanlar Rusiyada təqib olunduğunu bildirərək Türkiyədə gizlənib. Onun qətlinin “obşak”dan saxlanmaq üçün verilən 6 milyon dollarla bağlı olduğu bildirilir.
Belə ki, İspaniyada həbsdən çıxdıqdan sonra Rusiyaya qayıdan və Ded Xasandan sonra rəhbərliyə iddialı olan Şakro Maladoy Vadik Krasnodarskidən ona etibar edilən pulların harda saxlandığını soruşub.
Ancaq Krasnodarski pulları qaytarmaq əvəzinə Adıgey polisi tərəfindən müsadirə olunduğunu bildirib və bu söhbətdən qısa müddət sonra Rusiyanı tərk edərək Türkiyəyə gedib.
“Obşak”dan belə “qanunsuz” istifadə kriminal aləmdə bağışlanmadığı üçün Krasnodarskinin cəzası da ölüm olub. Vadik Krasnodarskini Monqol ləqəbli şəxsin güllədiyi də yayılan xəbərlər arasındadır.
Bundan əvvəl də dəfələrlə Vadik Krasnodarskinin ona etibar edilən vəsaiti şəxsi məqsədlər üçün xərclədiyi bildirilir.
Xatırladaq ki, Vadik Krasnodarskinin qətlində onunla düşmən münasibətdə olan Rövşən Lənkəranskinin də adı hallandırılırdı.
Elnarə
İnterpress.az