İnterpress.az xəbər verir ki, Mustafa Hacıbəyli Hikmət Hacızadəni Qubad İbadoğlunu müdafiə etməkdə ittiham edib: “Yenə canınızı Qubad İbadoğlu yolunda həlak edirsiz. Müsavatda əvvəllər də kimlərinsə partiyadan qovulması, cəzalandırılması olub. İndiki kimi fəallıq nədir, heç səsinizi çıxarmamısız. Sizin Qubad İbadoğluna tərəf olduğunuz da, bunun motivləri də bəllidir. Odur ki, bəzəkli şüarlar altında gizlənib, bu qovğanı davam etdirməyə çalışmayın”.
Hikmət Hacızadə isə Mustafa Hacəbəyliyə bir neçə sual ünvanlayaraq cavab istəyib: “Deyirəm yadfikirliyə görə partiya yoldaşlarınızı represiya edirsiz- cavab tap! Deyirəm söz azad olmasa bütün başqa prinsiplər puç olur – cavab tap! Həm də mən hər haya münasibət bildirəmmirəm – imkanim, vaxtım, katibəm (əfsus), qəzetim yoxdur… Bundan artıq sizə mən nə deyim? Hansı yol göstərim?”
İnterpress.az