Ermənistanda son vəziyyət…backend

Ermənistanda son vəziyyət…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Şirak vilayəti Sarnağpyur kəndinin 22 yaşlı sakini Mnatsakan Aleksanyan yanvarın 15-də Avetisyanlar ailəsinin altı üzvünün dəfnindən sonra yüzlərlə Gümri sakinilə etiraz aksiyasında iştirak edənlərdən biridir.

Mnatsakan Aleksanyan “silah və silah yerinə istifadə oluna bilən alətlə xuliqanlıq etmək” maddəsi üzrə ittiham olunur. Bu maddə üzrə 4-dən 7 ilə qədər həbs cəza tədbiri nəzərdə tutulur.

Sarnağpyur kəndindən olan gənc Gümri hadisələri ilə bağlı ötən həftə tutulub polis şöbəsinə aparılıb, lakin həmkəndlilərinin itaətsizlik aksiyaları ilə təhdidlərindən sonra iltizamla sərbəst buraxılıb.

Aleksanyanın vəkili Hayk Harutyunyan ittiham üçün heç bir əsas olmadığını bildirir: “İttihamnaməni oxuyanda təsəvvür yaranır ki, həmin hadisələr zamanı orada olanların hamısı sakit dururmuş, tək Mnatsakan asayişı pozub, nəqliyyatın normal hərəkətinə mane olub… Necə, nədən başlayıb, nə olub həmin gün? – bu barədə bir söz də yoxdur“.

Ötən həftə iki gündən sonra istintaq təcridxanasından çıxan Aleksanyanı atası qarşılayır (Şəkil – Civilnet.tv-dən)

Vəkil “hələlik ölkəni tərk etməmək qətimkan tədbiri” tətbiq edildiyini və müdafiə etdiyi şəxs üzərindən ittihamın götürüləcəyinə ümidli olduğunu deyib.
Ermənistanda fəallar Avetisyanlar ailəsinin 6 üzvünü, o cümlədən 2 yaşında qız uşağını odlu silahla, altıaylıq körpəni isə süngü ilə öldürdüyünü boynuna almış, Gümridə yerləşən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun, baza haqqında müqaviləyə əsasən Ermənistan yurisdiksiyasına verilməsini tələb edirlər.

Permyakov Gümridə Rusiya hərbi bazanın ərazisində saxlanılır və Rusiya tərəfi məhkəmə prosesinin Ermənistanda, lakin Rusiya hərbi qarnizon məhkəməsində keçiriləcəyini bəyan edib.

Gümridə bu tələb altında imza toplanır. Yerevanda bir qrup fəal fevralın 12-də (Avetisyanlar ailəsinin qətlə yetirilməsi gündən düz bir ayı tamam olur) Ermənistan Baş Prokurorluğu önündə etiraz aksiyası keçirib.

Ermənistan Baş Prokurorluğu önündə \”qətldə ittiham olunan\” Valeri Permyakovun Ermənistan ədliyyə orqanlarına verilməsi tələbilə piket
Piket iştirakçıları Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına verilməsini və Ermənistan məhkəməsində mühakimə olunmasını tələb edirlər. Gümridə həmin tələblə imza toplanır.

Avetisyanlar ailəsinin qırxı qeyd olunan günü Gümridə kütləvi aksiyalar keçiriləcəyini istisna etmək olmaz, odur ki, hüquq-mühafizə orqanları “hər ehtimala qarşı” qabaqcadan tədbirlər görürlər, Gümri jurnalistlər klubunun rəhbəri Levon Barseğyan deyir.

İnterpress.az