İnterpress.az xəbər verir ki, jurnal “Papalar da dünyaya tacla gəlmirlər. Papa gəncliyində dolanmaq üçün Bueynes-Ayres şəhərində bir gecə klubunda mühafizəçi işləyib” deyə yazıb.
Jurnalın yazdığına görə, o zaman Xorxe Mario Berqoqlio adıyla işləyən Papa bu işinə görə qürur duyduğunu yaxın ətrafına deyib. Bundan əlavə Papanın 1958-ci ildə kimya mühəndisi olaraq işlədiyi bəlli olub.
İnterpress.az