İnterpress.az xəbər verir ki, Karr fevralın 12-də redaksiyada huşunu itirib. Onu təcili xəstəxanaya aparsalar da həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbləri araşdırılır.
Həmin gün Karr Edvard Snouden barədə çəkilən “Citizenfour” sənədli filmi barədə videokonfransın moderatorluğunu edib.
Məşhur jurnalist “The New York Times” qəzetində 2002-ci ildən başlayaraq yazmağa başlayıb. O, daha çox mətbuat mövzularından yazıb. Bəzən mədəniyyət barədə yazılar qələmə alıb.
İnterpress.az