Bakı və Ağstafada yanğın olubbackend

Bakı və Ağstafada yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 4 otaqlı mənzilin çardağının yanar konstruksiyaları 70 kv.m və çardağda tikilmiş ümumi sahəsi 10 kv.m olan köməkçi tikili yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 10 km aralı) isə vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az