İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama Şimali Karolina ştatında üç müsəlman gəncin öldürülməsiylə bağlı yazılı açıqlama verərək ölümləri “vəhşi, şok edici və qəbul edilməz” adlandırıb.
Açıqlama Ağ Evin internet səhifəsində yayınlanıb. Prezident Federal Təhqiqat Bürosunun hadisəylə bağlı araşdırmaya başladığını bildirib. “Amerikada heç kim heç bir vaxt kim olduğu, görünüşü, ya da ibadət etmə formasına görə hədəf alınmamalıdır. Mişel və mən ölənlərin sevənlərinə başsağlığı veririk”.
Qeyd edək ki, Şimali Karolina ştatındakı Çapel Hill şəhərində müsəlman üç gənc evlərində öldürülüb. Polisə təslim olaraq cinayəti etiraf edən 46 yaşlı qonşu Kreyq Stefan Hiks gəncləri müsəlman olduqları üçün öldürdüyünü deyib.
Öldürülənlər 23 yaşlı Deah Şaddi Bərəkətlə yoldaşı 21 yaşlı Yusor Muhamməd və onun qardaşı 19 yaşlı Razan olublar.
İnterpress.az