İnterpress.az xəbər verir ki, Kanada polisi Valentin günündə (14 fevral) Qalifaks şəhərində kütləvi güllələnmənin qaşısının alındığını bildirir.
Cinayəti iki nəfər, Yeni Şotlandiya ştatının Timberli şəhərindən olan 19 yaşlı oğlan və ABŞ-ın İllinoys ştatının Ceniva şəhərindən olan 23 yaşlı qadın planlaşdırıb.
Polisin əldə etdiyi məlumata görə, odlu silah əldə edən bu iki nəfər Valentin günü insanların çox olduğu yerə gəlib insanlara atəş açacaq, sonra isə özlərini öldürəcəkdilər. Cinayəti hazırlayanların movtivləri barədə polis heç bir məlumat verməyib.
Kanada polisi cinayətin içində 17-20 yaşlarında daha iki nəfərin olduğunu iddia edir.
19 yaşlı gənc fevralın 13-də evində ölü tapılıb. 20 yaşlı oğlan və 23 yaşlı qız isə Qalifaks aeraportunda, 17 yaşlı digər gənc isə başqa yerdə saxlanılıb.
İnterpress.az