Ölənlərin adları bəlli oldubackend

Ölənlərin adları bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün səhər saat 8:30 radələrində yolun 130-cu kilometrliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.

Qəbələ rayon sakini, 1986-cı il təvəllüdlü Əfəndiyev Murad İzzət oğlunun idarə etdiyi 36-BE-518 dövlət nömrə nişanlı “NAZ Lifan” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

Sürücü Murad Əfəndiyev və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nərmin Əfəndiyeva aldıqları ağır xəsarətlər nəticəsində hadisə yerində ölüblər.

Ailənin azyaşlı övladı, 2013-cü il təvəllüdlü İzzət Əfəndiyev ağır xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin yağışlı və dumanlı havada sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az