DİN narkoəməliyyat keçirdibackend

DİN narkoəməliyyat keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elgiz Sadıqovdan 5,32 qram marixuana götürülüb.

Ona məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı isə əlavə 1 kiloqram 505 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, E. Sadıqov bu yaxınlarda Müsavat Partiyasından xaric edilən Əlövsət Sadıqlının oğludur.

İnterpress.az