İnterpress.az xəbər verir ki, peşmərgə qüvvələri İŞİD-ın əlində olan İraqın Mosul şəhərin üç tərəfdən mühasirəyə alıblar.
“Son aylarda peşmərgə qüvvələri Mosulun şimali, qərbi və şərqindəki ərazilərin xeyli hissəsini azad edə bilib. Bununla da terrorçuların həmin rayonlarla əlaqəsi kəsilib”. Bunu peşmərgənin baş qərargah rəisi Camal Məhəmməd bildirib.
Generalın sözlərinə görə, onları hərbiçiləri şəhərin yaxınlığına qədər gəlib çıxıblar. Artıq şəhərin 10-15 kilometrliyindədirlər. “Mosulla Tell-Afar arasındakı nəqliyyat yolunun keçdiyi Eski və əl-Qazak bölgələrindəki körpülər nəzarətimizdədir”.
İnterpress.az