Misirdə partlayışa cəhd edildibackend

Misirdə partlayışa cəhd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Misirdə partladılmağa hazır olan iki bomba yüklü maşın zərərsizləşdirilib.

Əməliyyatda iki polis və dörd mülki şəxs yaralanıb.

Hücuma cəhd Misirin şimal şərqindəki Sinay yarımadasında baş verib.

Terrorçular Şeyx Zuveyyid şəhərinin polis bölməsinin yaxınlığındakı keçid məntəqsini hədəf seçmişdilər. Təhlükəsizlik qüvvələri maşınları zərəsizləşdiriblər. Lakin avtomabillərdən biri partlayıb. Partlayışdan sonra məntəqəyə bir neçə adam atəş açıb. Hücum cəhdinin məsuliyyətini hələlik heç bir qurum üzərinə götürməyib.

İnterpress.az