14 yaşlı idmançı məşq zamanı QƏFİLDƏN ÖLDÜbackend

14 yaşlı idmançı məşq zamanı QƏFİLDƏN ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 14 yaşlı karateçi döyüşdən sonra rəqibinin əlini sıxıb, bir-iki addım atıb və qəfil dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Moskva vilayətində 14 yaşlı karateçi sparrinqdən sonra rəqibinin əlini sıxıb, bir-iki addım atıb və qəfil dünyasını dəyişib.

Faciə İstrada “İdmançının Xarakteri” İdman Gənclər Fondunda dərs zamanı baş verib. Gənc idmançı Yeqor 6 ilə yaxın döyüş sənəti ilə məşğul idi və yaxşı hazırlaşmışdı.

Axşam saatlarında daha bir məşqin sonunda 14 yaşlı idmançı sparrinqi bitirib və qəfildən huşunu itirib. Gələn həkimlər yeddinci sinif şagirdinin həyatını xilas edə bilməyiblər.

Oğlan tam sağlam idi, vaxtaşırı dərin tibbi müayinədən keçirdi. Ani ölümün səbəbinin nə olduğu hələlik bəlli deyil. Müayinə aparılır.

Xuraman Etibarlı

İnterpress.az