Azərbaycanlı gənc boksçu ermənini BELƏ MƏĞLUB ETDİ – VİDEObackend

Azərbaycanlı gənc boksçu ermənini BELƏ MƏĞLUB ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli yığma komandasının Polşanın Kielts şəhərində keçirilən Gənclər arasında Boks üzrə Dünya çempionatında gənc təmsilçisi Əli Zamanov 52 kq çəki dərəcəsində, keçirdiyi 16/1 döyüş mərhələsində Erməni rəqibi R.Qarboyanı 3:0 hesabı ilə məğlub edib. 

İnterpress.az xəbər verir ki, ikinci təsnifatı keçirən A.Zamanov 8/1 döyüş mərhələsində Tayland təmsilçisi T.Aonyaem 3:1 hesabı ilə məğlub edərək 4/1 mərhələyə yüksəlib.

İdmançımızın növbəti döyüşü Rusiya təmsilçisi E.Zhorov ilə olacaq.

Qeyd edək ki, Rusiya təmsilçisi ilə keçirilən döyüş Bakı vaxtı ilə saat 16:00 da AİBA-nın rəsmi Youtube kanalında yayımlanacaq. İdmançımıza bu mübarizədə uğurlar arzulayırıq.

      İnterpress.az